“Real Madrid” “Atletik Bilbao”nu darmadağın edib - VİDEO

Xəbərlər
4 Dekabr 2025 00:04
35
“Real Madrid” “Atletik Bilbao”nu darmadağın edib - VİDEO

İspaniya La Liqasının 19-cu turunda “Atletik Bilbao” və “Real Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “San Mamés Barria” stadionunda baş tutub.

“Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı yeddinci dəqiqədə açıb. Yarımmüdafiəçi Eduardo Kamavinqa 42-ci dəqiqədə madridlilərin ikinci qolunu vurub. İkinci hissədə Mbappe 59-cu dəqiqədə oyunda özünün ikinci qolunu vurub – 3:0.

“Real Madrid”" hazırda La Liqa turnir cədvəlində 36 xalla ikinci yerdədir və lider “Barselona”dan bir xal geridədir. “Atletik” 20 xalla səkkizinci yerdədir.

“Real Madrid” 7 dekabrda “Selta Viqo”, “Atletik” isə 6 dekabrda “Atletiko Madrid”lə qarşılaşacaq.

İdman.Biz