Almaniya Kubokunun 1/8 final mərhələsi: “Ştutqart” və “Frayburq” qələbə qazanıblar

Xəbərlər
3 Dekabr 2025 23:34
22
Almaniya Kubokunun 1/8 final mərhələsi: “Ştutqart” və “Frayburq” qələbə qazanıblar

Almaniya Kubokunun 1/8 final mərhələsinin “Bohum” və “Ştutqart” komandaları arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Bohumdakı “Vonovia Ruhrstadion” stadionunda qarşılaşıblar.

Oyun 2:0 hesabı ilə “Ştutqart”ın xeyrinə başa çatıb.

12-ci dəqiqədə “Bohum”un müdafiəçisi Filip Strompf öz qapısına qol vuraraq “Ştutqart”ı hesabda irəli çıxardı. 47-ci dəqiqədə hücumçu Deniz Undav qonaqların üstünlüyünü ikiqat artıraraq hesabı 2:0 edib.

Almaniya Kubokunun 1/8 final mərhələsinin digər qarşılaşmasında “Frayburq” “Darmştadt 98”i mübarizədən kənarlaşdırıb - 2:0.

“Ştutqart” Almaniya Kubokunun hazırkı sahibidir.

İdman.Biz