İran nümayəndələri DÇ-2026-nın püşkatmasında iştirak edəcəklər

Xəbərlər
3 Dekabr 2025 22:04
35
İran nümayəndələri DÇ-2026-nın püşkatmasında iştirak edəcəklər

İran Futbol Federasiyası DÇ-2026-nın püşkatmasında iştirakla bağlı mövqeyini yenidən nəzərdən keçirib.

İdman.Biz-in Tehran Times-a istinadən məlumatına görə, mərasim üçün Vaşinqtona iki nümayəndə gedəcək: milli komandanın baş məşqçisi Əmir Qalenoi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ümid Camali.

İran nümayəndə heyəti əvvəllər ABŞ-ın tətbiq etdiyi viza məhdudiyyətləri səbəbindən püşkatmadan imtina etmişdi. Nümayəndə heyətinin bir neçə üzvünə viza verilməmişdi.

DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Püşkatma 5 dekabr 2025-ci il cümə günü Vaşinqtonda keçiriləcək.

İdman.Biz