“Barselona”da Messinin mümkün qayıdışını şərh ediblər

Xəbərlər
3 Dekabr 2025 20:44
34
“Barselona”da Messinin mümkün qayıdışını şərh ediblər

“Barselona”nın idman direktoru Deku argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

İdman.Biz bildirir ki, daha əvvəl “blauqrana” yetirməsinin MLS fasiləsi zamanı icarə əsasında komandaya qoşula biləcəyi bildirilirdi.

Jurnalist Fabritsio Romano Dekunun dediyi sözləri sitat gətirib: “Messini qısamüddətli icarəyə götürmək? Leonun müqaviləsi var. Düşünmürəm ki, bu, nə vaxtsa müzakirə olunub. Messi həmişə Messi olaraq qalacaq, onun həmişə təklif edəcəyi bir şey var, amma gəlin indi bu barədə danışmayaq”.

Lionel Messi 2021-ci ilin avqustunda “Barselona”dan ayrılıb və Fransanın PSJ klubuna keçib. Argentinalı futbolçu 2023-cü ilin yayından bəri MLS-in “İnter Mayami” klubunda oynayır.

İdman.Biz