“Əl-Əhli” Merih Demiralla müqaviləni uzadıb

Xəbərlər
3 Dekabr 2025 23:49
31
“Əl-Əhli” Merih Demiralla müqaviləni uzadıb

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu müdafiəçi Merih Demiralın müqaviləsini uzadıb.

İdman.Biz-in məlumatına görə, türkiyəli oyunçunun Səudiyyə Ərəbistanı klubu ilə yeni müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Demiral “Karamürselspor” və “Fənərbağça” gənclər akademiyasının yetirməsidir. O, əvvəllər “Sassuolo”, “Yuventus”, “Atalanta” və digər klublarda oynayıb. Müdafiəçi 2023-cü ilin avqust ayından “Əl-Əhli”də çıxış edir. O, klubda 81 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Müdafiəçi klubla birlikdə Səudiyyə Ərəbistanı Superkubokunu və AFC Çempionlar Liqasını qazanıb.

İdman.Biz

Məqalədə: