“Traffordu saxlayaq, Orteqanı sataq” – Qvardiola qapıçını itirmək istəmir

Xəbərlər
3 Dekabr 2025 01:50
18
“Traffordu saxlayaq, Orteqanı sataq” – Qvardiola qapıçını itirmək istəmir

“Mançester Siti” qapıçı Ceyms Traffordun klubdan ayrılmasına icazə vermək istəmir.

İdman.Biz-in "talkSPORT"a istinadən məlumatına görə, 23 yaşlı qapıçı start heyətindəki yerini Canluici Donnarummaya güzəştə getdikdən sonra komandadan ayrılmaq istəyir.

“Vulverhempton Uonderers” və bir neçə digər Avropa klubu Traffordla maraqlanıb. Lakin “Siti”nin baş məşqçisi Xosep Qvardiola Traffordu saxlamağı, Stefan Orteqanı satmağı üstün tutur.

Trafford bu mövsüm bütün yarışlarda altı oyunda meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

İdman.Biz