“Çelsi” və “Mançester Yunayted” “Qremio”nun 17 yaşlı mərkəz müdafiəçisi Luis Eduardonun transferi ilə bağlı danışıqlara başlayıblar.
İdman.Biz AS-a istinadla xəbər verir ki, klublar yaxın həftələrdə rəsmi təklif verə bilərlər.
Mənbənin məlumatına görə, oyunçu FIFA U-17 dünya çempionatında hər iki komandaya müəyyən təsir bağışlayıb. Vurğulanır ki, Eduardo 18 yaşı tamam olduqdan sonra (16 yanvar) 60 milyon avroya satıla bilər.
Müdafiəçi Braziliya U-17 milli komandasında bütün yarışlarda 13 oyunda meydana çıxıb və üç qol vurub. Bu matçlarda Eduardo üç sarı vərəqə alıb.
