İspaniya çempionatında “Espanyol” “Jirona”nı qəbul edib.
İdman.Biz bildirir ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 45+4-cü dəqiqədə Vladislav Vanat penaltidən açıb. 90+4-də Vanat yenə də penaltidən dəqiq zərbə ilə yekun hesabı müəyyən edib.
Bu qələbə “Jirona”nın son beş oyunda qazandığı dördüncü qalibiyyət olub. Komanda La Liqanın turnir cədvəlində səkkizinci, “Espanyol” isə beşinci yerdə qərarlaşıb.
