“Əl-İttifaq” “Əl-İttihad”ı minimal hesabla məğlub edib

Xəbərlər
17 Yanvar 2026 00:11
39
“Əl-İttifaq” “Əl-İttihad”ı minimal hesabla məğlub edib

Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turunun “Əl-İttihad” və “Əl-İttifaq” arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Kral Abdullah Sports City” stadionunda (Ciddə) oynayıblar. Qonaq komanda 1:0 hesablı qələbəsini qeyd edib.

“Əl-İttifaq”ın hücumçusu Xalid Əl-Qənnam oyunun yeganə qolunu 54-cü dəqiqədə vurub. “Əl-İttihad”ın qapıçısı Predraq Raykoviç 85-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

Səudiyyə Ərəbistanı Pro Liqasında 15 oyundan sonra “Əl-İttihad”ın aktivində 27 xal var və turnir cədvəlində altıncı yerdədir. “Əl-İttifaq” 25 xalla yeddinci yerdədir.

Növbəti turda “Əl-İttihad” 22 yanvarda səfərdə “Əl-Qadisiya”la qarşılaşacaq, “Əl-İttifaq” isə bir gün əvvəl “Neom”u qəbul edəcək.

İdman.Biz