“Arsenal” Çempionlar Liqası əsas mərhələsinin lideridir

Xəbərlər
27 Noyabr 2025 02:36
20
“Arsenal” Çempionlar Liqası əsas mərhələsinin lideridir

UEFA Çempionlar Liqası əsas mərhələsinin V turu başa çatıb.

İdman.Biz bildirir ki, “Arsenal” Bavariya”nı 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində birinci yerə yüksəlib.

PSJ və “Bavariya” (hərəyə 12 xal) da ilk üçlükdədirlər.

Ağdamın “Qarabağ” klubu 7 xalla 19-cu pillədədir.

Ümumi mərhələnin səkkiz oyununa əsasən 36 klubun cədvəli formalaşdırılır. Bu, 1/8 finala birbaşa vəsiqə qazanan ilk 8 komandanı müəyyən edir, doqquzuncudan 24-cü yerə qədər olan klublar isə 1/8 finala çıxmaq hüququ uğrunda pley-off oyunları keçirirlər.

İdman.Biz