Laporta Messinin qayıdışı barədə: “Keçmişlə yaşayaraq irəli getmək çətindir”

Xəbərlər
20 Noyabr 2025 22:56
21
Laporta Messinin qayıdışı barədə: “Keçmişlə yaşayaraq irəli getmək çətindir”

“Barselona”nın prezidenti Joan Laporta 38 yaşlı hücumçu Lionel Messinin kluba potensial qayıdışı ilə bağlı sualı cavablandırıb.

İdman.Biz bildirir ki, argentinalı futbolçu hazırda “İnter Mayami”də oynayır. Ötən ilin oktyabr ayında Messi “flaminqos”la müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmışdı.

“Bu, qeyri-real gözləntidir. Onun (Messinin) hazırda “İnter Mayami” ilə müqaviləsi var. Bundan əlavə, onun 38 yaşı var və klub indiki və gələcək üçün bir layihə qurur. Bu çətindir və keçmişdə yaşayırsansa, irəliləməyin ehtimalı azdır”, - deyə Laporta bildirib.

Messi 2000-ci ildən 2021-ci ilə qədər “blauqrana”da oynayıb. O, “Barselona”da oynayarkən yeddi dəfə “Qızıl top” mükafatını qazanıb.

İdman.Biz