Polanski “Borussiya Mönhenqladbax”ın baş məşqçisi təyin edilib

Xəbərlər
19 Noyabr 2025 00:12
23
Polanski “Borussiya Mönhenqladbax”ın baş məşqçisi təyin edilib

“Borussiya Mönhenqladbax”ın müvəqqəti çalışdırıcısı Oygen Polanski komandanın baş məşqçisi təyin edilib.

Bu barədə İdman.Biz klubun mətbuat xidmətinə istinadən məlumat verir.

39 yaşlı polyak mütəxəssis 2028-ci ilə qədər müqavilə imzalayıb.

Polanski 2025-ci ilin sentyabrında, Mönhenqladbax klubunun Xerardo Seoanı işdən çıxarması ilə müvəqqəti baş məşqçi vəzifəsini icra etməyə başlayıb. Polanskinin rəhbərliyi altında səkkiz oyunda “Borussiya Mönhenqladbax” üç qələbə qazanıb, iki heç-heçə edib və üç dəfə məğlub olub.

10 oyundan sonra “Borussiya Mönhenqladbax” Almaniya Bundesliqasında doqquz xalla 12-ci yerdədir.

İdman.Biz