Serxio Ramos Çempionlar Liqasında ən çox qol vuran müdafiəçi kimi tarixə düşüb
İdman.biz xəbər verir ki, ispaniyalı futbolçu “Lans”la görüşdə bu uğura imza atıb.
Ramos turnirdə 17-ci dəfə rəqib qapıçılarını məyus edib. O, bu göstəricidə hesabında 16 qol olan Roberto Karlos və Xerard Pikeni arxada qoyub. Bundan başqa, təcrübəli futbolçu ÇL-in tarixində penalti zərbəsini yerinə yetirən ən yaşlı oyunçu olub. Serxio 37 yaş 257 günündə 11 metrlik cərimə zərbəsi ilə topu qapıdan keçirib.
Qeyd edək ki, Ramosun qoluna baxmayaraq, “Sevilya” səfərdə 1:2 hesabı ilə uduzaraq, qrupda sonuncu yeri tutub.
İdman.biz