ESPN Avropanın ən yaxşı yay transferlərinin reytinqini dərc edib və qapıçı Lyuk Şevalyenin “Lill”dən PSJ-yə 40 milyon avroya keçidini birinci yerə qoyub.
İdman.Biz bildirir ki, fransız qapıçı Paris klubunda 16 oyunda 16 qol buraxıb.
Avropada yay mövsümünün ən yaxşı 5 transferi aşağıdakılardır:
Lyuk Şevalye – “Lill”dən PSJ-yə 40 milyon avroya.
Brian Mbemo – “Brentford”dan “Mançester Yunayted”ə 75 milyon avroya.
Alvaro Karreras – “Benfika”dan “Real Madrid”ə 50 milyon avroya.
Corce Petroviç və Kevin Kelleher – “Çelsi”dən “Bornmut”a 29 milyon avroya və “Liverpul”dan “Brentford”a 15 milyon avroya.
Martin Subimendi – “Real Sosyedad”dan “Arsenal”a 70 milyon avroya.
