“Napoli”nin prezidenti Aurelio De Laurentis sosial media səhifəsində Antonio Kontenin klubdan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib.
İdman.Biz bildirir ki, Kontenin “Napoli”dən gedəcəyi barədə məlumatlar sosial şəbəkədə geniş yayılıb.
“İnternetdə təsadüfən Kontenin qovulması ilə bağlı nağıla rast gəldim. Sosial medianı sevirəm, çünki bu, məlumat yaymağın müasir və sürətli yoludur. Amma başa düşməlisiniz ki, bu məlumat həmişə doğru olmur.
Konte ilə mənim aramda həmişə xüsusi bir harmoniya olub. Bu cəfəngiyatı oxuyan azarkeşlərə deyirəm: “Mənim, “Napoli”nin və oyunçuların yanında Antonio Konte kimi bir həyatının hər saniyəsini işinə qurban verməyə qadir olan, inanılmaz qətiyət nümayiş etdirən birinin olmasından çox qürur duyuram”. Bu, klub, oyunçular və “Napoli”nin tələbkar azarkeşləri üçün ən güclü zəmanətdir”, De Laurentis sosial şəbəkədə yazıb.
