Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda “Əl-Nəsr” öz meydanında “Əl-Xalic”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, zədə səbəbindən matçda iştirak edə bilməyən Kriştianu Ronaldu komanda yoldaşlarının bu uğuruna biganə qalmayıb.
41 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edərək partnyorlarına dəstək nümayiş etdirib:
“Sizinlə qürur duyuram. Yalnız irəli!” – deyə portuqaliyalı forvard yazıb.
Qeyd edək ki, Kriştianu Ronaldu dizaltı vətərindəki zədə səbəbindən bu görüşü tribunadan izləməli olub. Cari mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqasında 22 oyuna çıxan Ronaldu 21 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
