Ronaldu komandası ilə məğlubiyyət yaşayıb

4 May 2026 03:51
269
Ronaldu komandası ilə məğlubiyyət yaşayıb

Səudiyyə Ərəbistanı çempionatının 31-ci turu çərçivəsində “Əl-Nəsr” futbol komandası səfərdə “Əl-Qadisiya”nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qonaqların yeganə qolunu 39-cu dəqiqədə Joau Feliks rəqib qapısından keçirib. “Əl-Qadisiya”nın heyətində isə Məhəmməd Əbu Əl-Şamat (24-cü dəqiqə), Musab Əl-Cuvayr (55-ci dəqiqə) və Xulian Kinones (78-ci dəqiqə) fərqləniblər.

“Əl-Nəsr”in lideri Kriştianu Ronaldu bütün oyunu meydanda olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.

Bu məğlubiyyətə baxmayaraq, “Əl-Nəsr” 31 oyundan sonra 79 xalla turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyur. Aktivində 68 xalı olan “Əl-Qadisiya” isə dördüncü yerdə qərarlaşıb.

İdman.Biz