“Liverpul” azarkeşləri “Real Madrid”lə oyundan əvvəl Aleksandr-Arnoldu fitə basıblar

Xəbərlər
5 Noyabr 2025 01:18
30
“Liverpul” azarkeşləri “Real Madrid”lə oyundan əvvəl Aleksandr-Arnoldu fitə basıblar

“Liverpul” azarkeşləri Çempionlar Liqasının dördüncü tur matçından əvvəl “Kral klubu”nun heyətinin təqdimatı zamanı “Real Madrid”in müdafiəçisi Trent Aleksandr-Arnoldu fitə basıblar.

İdman.Biz bildirir ki, həmin vaxt “Liverpul” akademiyasının yetirməsi meydanda digər “Real Madrid” oyunçuları ilə birlikdə dayanaraq gülümsəyib.

Aleksandr-Arnold “Liverpul”da bütün yarışlarda 354 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib. Müdafiəçi “qırmızılar”la Çempionlar Liqasını və iki İngiltərə Premyer Liqası titulunu qazanıb. Trent ötən yay “Real Madrid”ə qoşulub.

İdman.Biz