Fransa milli komandasının və PSJ-nin iyirmi yaşlı hücumçusu Dezire Due Avropanın ən yaxşı gənc oyunçusu seçilib.
İdman.Biz bildirir ki, mükafat İtaliyanın “Tuttosport” qəzeti tərəfindən təqdim olunur.
“PSJ ilə hər şeyi qazanan gənc fransız üçün fenomenal bir mövsüm”, - mükafatın X sosial media səhifəsindəki səhifəsində deyilir.
2024-cü ildə “Barselona”nın cinah oyunçusu Lamin Yamal bu mükafata layiq görülüb.
Ötən mövsüm Due bütün yarışlarda 61 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib. PSJ ilə 20 yaşlı futbolçu Çempionlar Liqasını, Liqa 1-i, Fransa kubokunu və Fransa Superkubokunu qazanıb.
