Sautqeyt İngiltərə çempionatına qayıtmaq barədə: “İndi bu mənim üçün prioritet deyil”

Xəbərlər
3 Noyabr 2025 20:01
38
Sautqeyt İngiltərə çempionatına qayıtmaq barədə: “İndi bu mənim üçün prioritet deyil”

İngiltərə millisinin keçmiş çalışdırıcısı Qaret Sautqeyt məşqçiliyə qayıtmaq perspektivləri barədə danışıb.

İdman.Biz bildirir ki, daha əvvəl “Mançester Yunayted”in həmtəsisçisi Cim Retkliff portuqaliyalı məşqçinin işdən çıxarılacağı təqdirdə Ruben Amorimin yerinə məşqçilər siyahısına Sautqeyti də daxil etdiyi barədə məlumatlar yayılıb.

“Heç vaxt “heç vaxt” deyə bilməzsən, çünki Martin O'Nillin onun yaşında “Seltik”də çalışdığını gördük. Amma hazırda bu, mənim üçün prioritet deyil. Rəhbərlik vəzifələrində işləməkdən, gənclərlə işləməkdən zövq alıram və bu sahədə fərq yaratmağa çalışmaqda qərarlıyam. Amma hazırda futbolla məşğul olmamağıma sakit yanaşıram”, - “The Sun” qəzeti Sautqeytin sözlərini sitat gətirir.

Mütəxəssis 2016-cı ildən 2024-cü ilə qədər İngiltərə millisinin baş məqşçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında “üç şir” iki dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz