İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul” və “Aston Villa” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, mersisaydlılar oyunda 2-0 hesabı ilə qələbə qazanıblar. Oyun “Enfild “stadionunda (Liverpul) keçirilib.
Məhəmməd Salah 45+1-ci dəqiqədə hesabı açıb, Rayan Qravenberh isə 58-ci dəqiqədə komandanın üstünlüyünü ikiqat artırıb.
Bu oyundan sonra “Liverpul” 18 xalla Premyer Liqa turnir cədvəlində üçüncü, “Aston Villa” isə 15 xalla 11-ci yerdədir.
Növbəti turda mersisaydlılar “Mançester Siti” ilə, “Aston Villa” isə “Bornmut”la qarşılaşacaq.
