İngiltərə Liqa Kubokunun dördüncü raundunda “Kristal Palas” və “Liverpul”" arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “Palas” oyunda 3-0 hesabı ilə qalib gəlib.
İsmaila Sarr 40-cı dəqiqədə hesabı açıb və 45-ci dəqiqədə ikinci qolunu vurub. “Mersisaydlılar”ın heyətində 67-ci dəqiqədə Amara Nallo meydana çıxsa da, 79-cu dəqiqədə meydandan qovulub. 88-ci dəqiqədə Yeremi Pino qonaqların üçüncü qolunu vurub.
İngiltərə Liqa Kubokunun hazırkı sahibi finalda “Liverpul”u 2-1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir. Yarışın final oyunu 22 mart 2026-cı ildə keçiriləcək.
