“Fənərbaxça” “Ştutqart”ı məğlub edib, “Ferentsvaroş”dan səfər qələbəsi - VİDEO

Xəbərlər
23 Oktyabr 2025 22:59
43
“Fənərbaxça” “Ştutqart”ı məğlub edib, “Ferentsvaroş”dan səfər qələbəsi - VİDEO

UEFA Avropa Liqasının ümumi mərhələsinin üçüncü oyununda Türkiyənin “Fənərbaxça” klubu Almaniyanın “Ştutqart” komandasını qəbul edib.

İdman.Biz bildirir ki, Domeniko Tedeskonun yetirmələri 1:0 hesablı qələbəni bayram ediblər.

34-cü dəqiqədə qonaqların qapısına penalti təyin edilib. Kərəm Aktürkoğlu dəqiq zərbə ilə “Fənərbaxça”nı önə keçirib.

“Fənərbaxça”nın ilk üç oyundan altı xalı var. “Ştutqart” üç xal toplayıb. Dördüncü turda İstanbul klubu Çexiyada “Viktoriya Plzen”lə oynayacaq, Bundesliqa klubu isə “Feyenoord”u qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 6-da baş tutacaq.

Günün digər qarşılaşmasında Avstriyanın “Zalsburq” klubu Macarıstanın “Ferentsvaroş”unu qəbul edib.

Oyun 3:2 hesabı ilə qonaqların xeyrinə qurtarıb.

Hesabı 13-cü dəqiqədə meydab sahiblərindən Edmund Baydu açıb. 50-ci dəqiqədə Barnabaş Varqa hesabı bərabərləşdirib. 56-cı dəqiədə Zakariassen qonaqları irəli çıxarıb. İki dəqiqə sonra Bamidele üçüncü topu meydan sahiblərinin qapısından keçirib. 72-ci dəqiqədə Vertessen oyunda son nöqtəni qoyub - 2:3.

“Ferentsvaroş” üç oyundan sonra 7 xal toplayıb. “Zalsburq”un isə bir xalı belə yoxdur.

Rumıniyada isə yerli FKSB İtaliyanın “Bolonya” klubunu qonaq edib. Matçda 2:1 hesabı ilə qonaqlar qələbə qazanıblar.

Qonaqlardan qolları Yens Odqor (9) və Teys Dallinqa (12) vurublar. Meydan sahiblərinin heyətində Daniel Bırlica (54) fərqlənib.

Bu oyundan sonra Rumıniya klubunun 3 xalı var, “Bolonya” isə 4 xal toplayıb.

İdman.Biz