“Qarabağ”ın baş məşqçisi Yankoviçin sabahkı oyuna çıxmaq şanslarını dəyərləndirib

Xəbərlər
21 Oktyabr 2025 22:21
53
“Qarabağ”ın baş məşqçisi Yankoviçin sabahkı oyuna çıxmaq şanslarını dəyərləndirib

Marko Yankoviçin “Atletik”lə oyunda “Qarabağ”ın start heyətində yer alması hələ ki, qərarlaşdırılmayıb.

İdman.Biz xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü turunda “Atletik Bilbao” ilə oyundan əvvəl bunu bildirib.

“O, bizimlə məşq edir, lakin optimal formasına çatmağına hələ var. Ona start heyətində yer verib-verməyəcəyimizə sabah qərar verəcəyik”, - Qurbanov qeyd edib.

Məşqçi komandaya təkcə Azərbaycanda deyil, digər türk ölkələrində də göstərilən diqqəti şərh edib.

“Biz bilirik ki, bizim matçlarımız Türkiyədə də izlənilir. Biz onların dəstəyini hiss edirik və buna görə minnətdarıq. Bizi yüksək qiymətləndirirlər və bu, bizə əlavə motivasiya verir”, - baş məşqçi vurğulayıb.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz