Flik: “Bəlkə də meydandan qovulmağım “Jirona”ya qalib gəlməyə kömək edib”

Xəbərlər
18 Oktyabr 2025 23:59
87
Flik: “Bəlkə də meydandan qovulmağım “Jirona”ya qalib gəlməyə kömək edib”

İspaniya çempionatının 9-cu turunun “Jirona” ilə oyununda (2:1) iki sarı vərəqə alaraq meydandan qovulan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ikinci vərəqəni niyə aldığını anlamadığını deyib.

İdman.Biz bildirir ki, Flik artırılmış vaxtda ardıcıl iki kart alıb və növbəti turda “Real Madrid”ə qarşı oyunu buraxacaq.

“İkinci sarı vərəqəni niyə aldığımı bilmirəm. Qələbədən çox şadam. Jestim heç kimə ünvanlanmamışdı və hakimə də heç nə demədim. Onun qərarlarını qəbul edirəm. Ola bilsin ki, qırmızı vərəqə hətta bizə matçda qalib gəlməyimizə kömək etdi”, - Flik deyib.

Doqquz oyundan sonra 22 xalı olan “"Barselona” turnir cədvəlində birincidir. “Real Madrid” bir xal geridə olsa da, “Xetafe” ilə qarşılaşmada əllərində var.

İdman.Biz