İngiltərə Premyer Liqasında bu gün “Fulhem” – “Arsenal” matçı ilə yekunlaşıb.
İdman.Biz bildirir ki, səkkizinci turun oyununda “topçular” 1:0 hesabı ilə qalib gəliblər. Qarşılaşma Londondakı “Kreyven Kottec”də baş tutub.
Matçın yeganə qolunu 58-ci dəqiqədə Leandro Trossard vurub.
Bu oyundan sonra “Fulhem” səkkiz xalla İngiltərənin yüksək liqasında 14-cü yerdədir. “Arsenal” isə 19 xalla turnir cədvəlinə başçılıq edir.
Növbəti turda “Fulhem” oktyabrın 25-də səfərdə “Nyukasl Yunayted”lə oynayacaq, “topçular” isə oktyabrın 26-da “Kristal Pelas”ı qəbul edəcəklər.