“Əl-Nəsr” Joao Feliksin qolları ilə “Əl-Fateh”i darmadağın edib - VİDEO

Xəbərlər
19 Oktyabr 2025 00:35
37
“Əl-Nəsr” Joao Feliksin qolları ilə “Əl-Fateh”i darmadağın edib - VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasının 5-ci turunun “Əl-Nəsr” – “Əl-Fateh” matçı qurtarıb.

İdman.Biz bildirir ki, oyunda “Əl-Nəsr” 5:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada ilk qolu 13-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Joao Feliks vurub.

İkinci hissədə qonaqların yarımmüdafiəçisi Sofian Bendebka 55-ci dəqiqədə hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kriştiano Ronaldo komandasını hesabda önə keçirib. Joao Feliks 68-ci dəqiqədə dubl edib. “Əl-Nəsr”ın hücumçusu Kinqsli Koman 75-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Feliks isə 79-cu dəqiqədə het-trikini tamamlayıb.

Beş turdan sonra “Əl-Fateh”in 1 xalı var və 16-cı yerdədir. Səudiyyə Ərəbistanı liqasına 15 xalla “Əl-Nəsr” başçılıq edir.

İdman.Biz