“Milan” İtaliya A Seriyasında 34 ildən sonra ardıcıl 20 oyundur məğlub olmur.
İdman.Biz xəbər verir ki, bu müddətdə komanda 13 qələbə qazanıb, yeddi dəfə heç-heçə edib.
Belə uzunmüddətli məğlubiyyətsizlik seriyası klub üçün bir mövsüm çərçivəsində 1992-ci ilin sentyabrından 1993-cü ilin martına qədər qeydə alınmışdı.
Həmin vaxt “Milan” A Seriyasında 23 oyunluq məğlubiyyətsiz seriya (17 qələbə, 6 heç-heçə) nümayiş etdirmişdi. O dövrdə komandanı Fabio Kapello çalışdırırdı.
