Türkiyənin “Qalatasaray” klubu Noa Langın transferi ilə bağlı İtaliyanın “Napoli” komandası ilə danışıqları intensivləşdirib.
İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu bir neçə həftədir “Qalatasaray”ın transfer siyahısında yer alır və tərəflər arasında aparılan danışıqlar artıq irəliləmiş mərhələyə çatıb.
Razılaşmanın ilkin olaraq satınalma şərti ilə icarə formasında nəzərdə tutulduğu bildirilir. Futbolçunun maaşının tam şəkildə qarşılanması da müzakirə olunan məsələlər sırasındadır.
Mənbələrə görə, klublar hazırda satınalma hüququnun məbləği və onun hansı şərtlərlə aktivləşdiriləcəyi üzərində razılığa gəlməyə çalışır.
Qeyd olunur ki, Noa Lang Çempionlar Liqasında “Kopenhagen”lə oyundan sonra “Napoli”dən ayrılmağa yaxın ola bilər.
