La Liqanın 9-cu turunda “Atletiko Madrid” və “Osasuna” qarşılaşıblar.
İdman.Biz bildirir ki, “Atletiko Madrid” matçda 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə qolu 69-cu dəqiqədə Tiaqo Almada vurub.
Bu oyundan sonra “Atletiko Madrid” 16 xalla İspaniya yüksək divizionunun turnir cədvəlində dördüncü, “Osasuna” isə 10 xalla 12-cidir.
“Atletiko Madrid” oktyabrın 27-də səfərdə “Betis”lə qarşılaşacaq, “Osasuna” isə oktyabrın 26-da “Selta Viqo”nu qəbul edəcək.