Kolumbiyanın U-20 millisi Fransaya qalib gələrək dünya üçüncüsü olub

Xəbərlər
19 Oktyabr 2025 02:17
35
Kolumbiyanın U-20 millisi Fransaya qalib gələrək dünya üçüncüsü olub

Kolumbiya ilə Fransa arasında FİFA U-20 dünya çempionatında üçüncü yer uğrunda oyun başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma Cənubi Amerika yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu ikinci dəqiqədə Portuqaliyanın “ABC” komandasında çıxış edən yarımmüdafiəçi Oskar Perea vurub.

FİFA U-20 dünya çempionatı Çilidə keçirilir. Finalda Argentina və Mərakeşin U-20 komandaları mübarizə aparacaq. Oyun oktyabrın 20-də, Bakı vaxtı ilə saat 3:00-da başlayacaq.

Yarışın hazırkı çempionu 2023-cü ilin finalında İtaliyanı 1:0 hesabı ilə məğlub edən Uruqvay millisidir.

İdman.Biz