Trendyol Super Liqasının 9-cu həftəsində “Qalatasaray”- “Başakşehir” matçı keçirilib.
İdman.Biz-in məlumatına görə, “Qalatasaray”səfərdə qonağı olduğu “Başakşehir”i 2:1 hesabı ilə məğlub edib.
“Sarı-qırmızılılar”ın qalibiyyət qollarının müəllifi isə alman vinger Leroy Sane olub. O, oyunun 1-ci hissəsinə artırılmış dəqiqələrdə ilk qolunu vurub. İkinci qolu isə o, matçın 61-ci dəqiqəsində gerçəkləşdirib.
“Başakşehir”in yeganə qolunun müəllifi isə Eldor Şomurodov olub. O, topu matçın 59-cu dəqiqəsində “sarı-qırmızılılar”ın qapısına göndərib.