“İnter” A Seriyasının 7-ci turunda “Roma”nı məğlub edib - VİDEO

Xəbərlər
19 Oktyabr 2025 00:54
33
“İnter” A Seriyasının 7-ci turunda “Roma”nı məğlub edib - VİDEO

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 7-ci turunun "Roma" - "İnter" matçına yekun vurulub.

İdman.Biz xəbər verir ki, oyun Romadakı “Olimpiko” stadionunda baş tutub. Qarşılaşmanı Davide Massa idarə edib. Qarşılaşma milanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu 6-cı dəqiqədə “İnter”in ivuarlı hücumçusu Anj-Yoan Bonni vurub. Məhsuldan ötürməni Nikolo Barella edib.

Bu matçdan sonra “Roma”nın 15 xalı var. Komanda hazırda İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir. 15 xal toplayan “İnter” xalların sayına görə “Roma” ilə bərabərdir.

İdman.Biz