Fransa Liqa 1-də 8-ci turun “Marsel” – “Havr” matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Marsel şəhərindəki “Stade Orange Velodrome” stadionunda qarşılaşıblar. Qarşılaşmada meydan sahibləri 6:2 hesabı ilə qalib gəlib.
Matçın ilk qolunu 24-cü dəqiqədə qonaq komandanın futbolçusu Yasin Kehta vurub. 35-ci dəqiqədə “Marsel”in yarımmüdafiəçisi Meyson Qrinvud penalti ilə hesabı bərabərləşdirib.
Marselli futbolçu 67-ci dəqiqədə ikinci, daha sonra isə 72 və 76-cı dəqiqələrdə üçüncü və dördüncü qollarını vurub. Robinio Vaz 88-ci dəqiqədə “Havr”ın qapısına beşinci qolu vurub. Qonaq komandanın vurduğu ikinci qolun müəllifi Abdulaye Ture vurub (90+2). Lakin 90+3-cü dəqiqədə “Marsel”in futbolçusu Mikael Murilyo oyunun son nəticəsini müəyyən edib.
Bu matçdan sonra “Marsel”in aktivində 18 xal var. Komanda Fransa liqa cədvəlinə PSJ-ni qabaqlayır. 6 xalı olan “Havr” isə 14-cü yerdədir.