Antoninin iki qolu “Betis”i məğlubiyyətdən qurtarıb - VİDEO

Xəbərlər
18 Oktyabr 2025 23:25
60
Antoninin iki qolu “Betis”i məğlubiyyətdən qurtarıb - VİDEO

La Liqanın 9-cu turunda “Vilyarreal” “Betis”i (Sevilya) qəbul edib.

İdman.Biz bildirir ki, oyun 2-2 hesablı heç-heçə ilə yekunlaşıb.

Teycon Byukenen 44-cü dəqiqədə meydan sahiblərini hesabda önə çıxarıb, 64-cü dəqiqədə isə Alberto Moleyro fərqi artırıb.

Qonaqlardan Antoni 67-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb, 90+4-cü dəqiqədə isə oyunun yekun hesabını müəyyən edib – 2:2.

Bu oyundan sonra “Vilyarreal” 17 xalla İspaniya yüksək divizionunda üçüncü, “Betis” isə 16 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda “Vilyarreal” oktyabrın 25-də “Valensiya”nın qonağı olacaq, oktyabrın 27-də isə “Betis” “Atletiko”nu qəbul edəcək.

İdman.Biz