“Arsenal”ın və İtaliya yığmasının 23 yaşlı müdafiəçisi Rikkardo Kalafiori ölkəsinin 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq perspektivlərindən danışıb.
İdman.Biz bildirir ki, İtaliya doqquz xalla I qrupunda ikincidir.
“Nəzəri cəhətdən mən müdafiəçiyəm, amma hazırda oyunumdan həzz alıram. Sərbəstlik və anlayış olanda hər şeyimi ortaya qoya və komandaya kömək edə bilərəm. Sadəcə, İtaliyanın dünya çempionatına çıxa bilməyəcəyini təsəvvür edə bilmirəm. Son iki dəfə uğursuzluğa düçar olduq və bunun bir daha baş verməməsi üçün əlimizdən gələni edəcəyik”, - “Sky Sports” oyunçunun sözlərini sitat gətirib.
İtalyanlar seçmə oyunlarda Estoniya (11 oktyabr) və İsrail (14 oktyabr) ilə qarşılaşacaqlar.