“Milan”ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib.
İdman.biz-in məlumatına görə, bu barədə A Seriyasının rəsmi saytında məlumat verilib.
Qərarı aparıcı idman KİV-lərinin direktorlarından ibarət münsiflər heyəti qəbul edib və onlar məşqçiləri texniki-taktiki meyarlara, komandalarının çıxışlarının keyfiyyətinə və ehtiyat oyunçular skamyasında çıxışlarına görə qiymətləndiriblər.
Alleqri mükafatı oktyabrın 19-da “Milan”ın “Fiorentina” ilə ev oyunundan əvvəl alacaq. Onun komandası sentyabrda üç oyunda qalib gəlib: “Bolonya” (1:0), “Udineze” (3:0) və “Napoli” (2:1).