İspaniya La Liqası: "Real Madrid" doğma meydanda uduzdu - VİDEO

Xəbərlər
8 Dekabr 2025 02:01
34
İspaniya La Liqası: "Real Madrid" doğma meydanda uduzdu - VİDEO

İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Real Madrid” “Selta Viqo”nu qəbul edib.

İdman.Biz xəbər verir ki, oyunun 24-cü dəqiqəsində “Real”ın müdafiəçi Militao zədələnərək meydanı tibbi heyətin köməyi ilə tərk edib.

İlk yarıda hesab açılmayıb.

İkinci hissənin 54-cü dəqiqəsində Svedberqin qolu ilə “Selta” hesabda önə keçib – 0:1.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Real”ın heyətindən Fran Qarsiya ikinci sarı vərəqə ilə oyundan qovulub.

Qarşılaşmanın 90+3-cü dəqiqəsində “Selta” Svedberqin dublu ilə hesabı 0:2 edib. Oyun bu hesabla da başa çatıb.

İdman.Biz

Məqalədə: