Fransanın “Loryan” klubu Liqa 1-in 15-ci turu çərçivəsində doğma meydanda “Lion”u 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada yeganə qolu 39-cu dəqiqədə 22 yaşlı fransalı hücumçu Pablo Paji vurub. 42-ci dəqiqədə isə “Lion”un ingilis müdafiəçisi Eynsli Meytlənd-Nayls ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qələbə “Loryan” üçün ardıcıl ikinci uğur olub. Komanda 15 oyundan sonra 17 xalla 13-cü pillədə qərarlaşıb. “Lion” isə 15 matçdan sonra 24 xalla 5-ci yeri tutur.
16-cı turda “Loryan” dekabrın 14-də səfərdə “Strasbur”la, “Lion” isə həmin gün doğma meydanda “Havr”la üz-üzə gələcək.
