Çelsinin hücumçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Xəbərlər
8 Dekabr 2025 04:52
34
Çelsinin hücumçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

İngiltərənin “Çelsi” komandasının hücumçusu Liam Delap zədə səbəbindən 6-8 həftə müddətinə meydana çıxa bilməyəcək.

İdman.Biz xəbər verir ki, forvard bu zədəni şənbə günü “Bornmut”la keçirilən və 0:0 hesabı ilə başa çatan oyunda alıb.

talkSPORT jurnalisti Aleks Krukun məlumatına görə, Delapın çiyin nahiyəsində ciddi zədə aşkarlanıb və futbolçu uzunmüddətli bərpa prosesinə başlayıb.

Cari mövsüm İngiltərə Premyer Liqasında 22 yaşlı hücumçu 8 oyunda iştirak etsə də, hələlik məhsuldarlığı ilə yadda qalmayıb. O, yay transfer pəncərəsində “İpsviç”dən “Çelsi”yə keçmişdi.

İdman.Biz

Məqalədə: