Ansu Fati İspaniya millisinə qayıda bilər

Xəbərlər
10 Oktyabr 2025 23:33
31
Ansu Fati İspaniya millisinə qayıda bilər

İspaniyalı cinah oyunçusu Ansu Fati Fransada mövsümə güclü başladıqdan sonra növbəti dəfə diqqət mərkəzində olub.

İdman.Biz-in məlumatına görə, “Barselona”dan icarəyə götürülən futbolçu “Monako”nun heyətində möhtəşəm nəticələr əldə edib - beş matçda altı qol vurub və iki məhsuldar ötürmə edib.

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente 22 yaşlı hücumçunu yaxından izlədiyini və DÇ-2026-nın seçmə mərhələsi öncəsi onun milli komandaya qayıtmasını istisna etməyib.

Fati üçün bu, çoxdan gözlənilən karyera canlanması ola bilər. Bir vaxtlar Lionel Messinin varisi kimi təqdim edilən Fatini bir sıra zədələr xeyli geri saldı. “Brayton”da uğursuz icarədən sonra onun Liqa 1-ə keçidi dönüş nöqtəsi oldu. İspaniyalı Liqa 1 tarixində cəmi 126 dəqiqəyə beş qola çatan ən sürətli oyunçudur.

İdman.Biz