İtaliya A Seriyası: “Napoli” “Yuventus”u sevindirmədi - VİDEO

Xəbərlər
8 Dekabr 2025 01:39
41
İtaliya A Seriyası: “Napoli” “Yuventus”u sevindirmədi - VİDEO

İtaliya A Seriyasının 14-cü turu çərçivəsində “Napoli” evdə “Yuventus”u qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı meydan sahibi açıb.

Oyunun 7-ci dəqiqəsində fərqlənən Hoylund olub.

59-cu dəqiqədə Kenan Yıldız “Yuventus”a bərabərlik qolunu gətirib.

“Napoli” 78-ci dəqiqədə Hoylundun qolu ilə hesabı 2:1 edib. Oyun bu hesabla da başa çatıb.

“Napoli” bütün turnirlərdə ardıcıl beşinci qələbəsini qazanıb və A Seriyasında turnir cədvəlinin zirvəsinə yüksəlib — komandanın 14 turdan sonra 31 xalı var. “Yuventus” isə ardıcıl üç qələbəlik seriyanı dayandırıb və 23 xalla yeddinci pillədə qərarlaşıb.

15-ci turda “Napoli” dekabrın 14-də səfərdə “Udineze” ilə qarşılaşacaq. “Yuventus” isə həmin gün səfərdə “Bolonya” ilə üz-üzə gələcək.

İdman.Biz

Məqalədə: