“Real Madrid” Din Heysenin zədəsinin təfərrüatlarını açıqlayıb

Xəbərlər
9 Oktyabr 2025 06:06
29
“Real Madrid” Din Heysenin zədəsinin təfərrüatlarını açıqlayıb

“Real Madrid” müdafiəçisi Din Heysenin zədələndiyini açıqlayıb.

İdman.biz-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçunun sol ayağında baldır nahiyəsindən zədə aşkarlanıb.

İlkin proqnozlara görə, Heysen təqribən iki həftə yaşıl meydanlardan kənarda qalacaq və oktyabrın sonuna kimi fəaliyyətə qayıdacaq.

“Real Madrid” ilə debüt mövsümündə müdafiəçi La Liqada 7 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

İdman.biz