Niko Pas sentyabr ayında A Seriyasının ən yaxşı gənc oyunçusu seçilib.
İdman.biz-in məlumatına görə, “Komo” klubunun və Argentina millisinin 21 yaşlı yarımmüdafiəçisi dörd matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.
Onun komandası bir qələbə qazanıb, üç heç-heçə edib.
Pas ardıcıl olaraq son iki ayın ən yaxşısı seçilib. O, həmçinin ötən mövsüm A Seriyasının ən yaxşı gənc oyunçusu adını qazanıb.