Flik PSJ ilə oyun öncəsi Luis Enrike ilə bağlı diqqətçəkən fikirlər səsləndirdi

19 Oktyabr 2026 22:18
137
Flik PSJ ilə oyun öncəsi Luis Enrike ilə bağlı diqqətçəkən fikirlər səsləndirdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda PSJ ilə keçiriləcək qarşılaşmadan əvvəl Paris klubunun çalışdırıcısı Luis Enrikenin işini yüksək qiymətləndirib.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis rəqibin oyun üslubunu bəyəndiyini və qarşıdakı matçın komandası üçün ciddi sınaq olacağını bildirib.

“Onun komandası fantastik futbol nümayiş etdirir və o, dünyanın ən yaxşı məşqçilərindən biridir. Onun ehtirasını, komandasının pressinqini, futbolçuların mövqelərini necə dəyişməsini və taktiki sisteminin çevikliyini bəyənirəm.

Düşünürəm ki, sabahkı oyun bizim üçün yaxşı sınaq olacaq. İstərdim ki, komandamız son 11 matçda qalib gəlmiş kollektiv kimi özünəinamlı oynasın. Son iki ilin dünyanın ən yaxşı komandasına qarşı mübarizə aparacağıq. Bu, bizim üçün fürsətdir.

Yarımmüdafiə xətti həlledici əhəmiyyət daşıyacaq. Hər iki komandada bu mövqedə əla futbolçular var. Topa biz nəzarət etsək, onlar bizə qol vura bilməyəcəklər. Əsas məsələ səhvlərə yol verməməkdir, çünki PSJ hücumları tamamlamaqda çox soyuqqanlıdır. Son dərəcə diqqətli olmalıyıq”.

İdman.Biz