“Qarabağ”ın rəqibi TOP-5 liqalarında uduzmayan yeganə komandadır

Xəbərlər
6 Dekabr 2023 23:59
“Qarabağ”ın rəqibi TOP-5 liqalarında uduzmayan yeganə komandadır

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer” Almaniya kubokunda qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Leverkuzen klubu "Paderborn"a 3:1 hesabı ilə qalib gəlib.

"Bayer" Avropanın TOP-5 liqasında uduzmayan yeganə komandadır. Xabi Alonsonun yetirmələri keçirdikləri 21 oyunun 19-da qələbə qazanıblar. Levrkuzenlilər yalnız “Bavariya” və Dortmund “Borussiya”sı ilə görüşlərdə xalları yarıya bölüblər. Komanda sonuncu dəfə 2022/23 mövsümünün son matçında “Bohum”a uduzub.

Qeyd edək ki, “Qarabağ” Leverkuzendə "Bayer"ə 1:5, Bakıda isə 0:1 hesabı ilə uduzub.

"Bayer"in keçirdiyi bütün oyunlar

“Tevtoniya Ottenzen” (8:0, səfərdə, Almaniya kuboku)
“Leypsiq” (3:2, evdə, Almaniya Bundesliqası)
“Borussiya M” (3:0, səfərdə, Almaniya Bundesliqası)
“Darmştdat” (5:1, evdə, Almaniya Bundesliqası)
“Bavariya” (2:2, səfərdə, Almaniya Bundesliqası)
“Hekken” (4:0, evdə, Avropa Liqası)
“Haydenhaym” (4:1, evdə, Almaniya Bundesliqası)
“Maynts”(3:0, səfərdə, Almaniya Bundesliqası)
“Molde” (2:1, səfərdə, Avropa Liqası)
“Köln” (3:0, evdə, Almaniya Bundesliqası)
“Volsfburq” (2:1, səfərdə, Almaniya Bundesliqası)
“Qarabağ” (5:1, evdə, Avropa Liqası)
“Frayburq” (2:1, evdə, Almaniya Bundesliqası)
“Sandhauzen” (5:2, səfərdə, Almaniya kuboku)
“Hoffenhaym”(3:2, səfərdə, Almaniya Bundesliqası)
“Qarabağ” (1:0, səfərdə, Avropa Liqası)
“Union Berlin” (4:0, evdə, Almaniya Bundesliqası)
“Verder” (3:0, evdə, Almaniya Bundesliqası)
“Hekken” (2:0, səfərdə, Avropa Liqası)
“Borussiya D” (1:1, evdə, Almaniya Bundesliqası)
“Paderborn” (3:1, evdə, Almaniya kuboku)

İdman.biz