Kilian Mbappe “Milan”ın əfsanəsinin göstəricisini təkrarlayıb

Xəbərlər
1 Oktyabr 2025 03:04
32
Kilian Mbappe “Milan”ın əfsanəsinin göstəricisini təkrarlayıb

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının səfər matçlarında üçüncü het-trikinə imza atıb.

İdman.biz bildirir ki, Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda fransalı “Kayrat”la oyunda het-trik edib. Qarşılaşma 5:0 hesabı ilə “Kral klubu”nun xeyrinə başa çatıb.

Kilian indi “Milan”ın və “Yuventus”un keçmiş hücumçusu Filippo İnzaqinin səfərdə het-triklər üzrə göstəricisinə bərabərdir. İki futbolçu bu kateqoriyada Çempionlar Liqasında liderlik edir.

Ümumilikdə isə Mbappenin Çempionlar Liqasında dörd het-triki var.

Cari Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın final oyunu 2026-cı il mayın 30-da baş tutacaq. Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir

İdman.biz

Məqalədə: