“Yuventus” “Atalanta”nın müqavimətini qıra bilməyib - VİDEO

Xəbərlər
27 Sentyabr 2025 22:25
28
“Yuventus” “Atalanta”nın müqavimətini qıra bilməyib - VİDEO

İtaliya A Seriyasında 5-ci tur "Yuventus" - "Atalanta" matçı ilə davam edib.

İdman.biz bildirir ki, komandalar Turinin “Allianz” stadionunda qarşılaşıblar.

Oyunda ilk qolu 45+1-ci dəqiqədə qanalı hücumçu Kamal Sulemana vurub - 0:1. 78-ci dəqiqədə "Yuventus"un müdafiəçisi Xuan Kabal hesabı bərabərləşdirib – 1:1.

80-ci dəqiqədə “Atalanta”nın müdafiəçi yarımmüdafiəçisi Martin de Ron iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

1:1 hesabı ilə qurtaran oyundan sonra "Atalanta" xallarını 9-a çatdırıb və turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Yuventus" isə ikinci yerdə qalıb. Turin klubunun hazırda 5 oyundan sonra 11 xalı var.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Napoli” dörd oyundan sonra 12 xalla birinci yerdədir.

İdman.biz