“Mançester Siti” “Bernli”ni darmadağın edib - VİDEO

Xəbərlər
27 Sentyabr 2025 20:42
45
“Mançester Siti” “Bernli”ni darmadağın edib - VİDEO

İngiltərə Premyer Liqasının 6-cı turunun "Mançester Siti" - "Bernli" oyunu başa çatıb.

İdman.biz bildirir ki, qarşılaşmada "şəhərlilər" 5:1 hesablı qələbə qazanıblar.

Oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.

12-ci dəqiqədə Maksim Esteve avtoqol vuraraq meydan sahiblərini önə keçirib, Ceydon Entoni isə 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Mateus Nuneş 61-ci dəqiqədə “Siti”ni yenidən hesabda önə keçirib, Esteve isə 65-ci dəqiqədə daha bir avtoqol vurub. 90-cı dəqiqədə Erlinq Haland fərqlənib, 90+3-cü dəqiqədə görüşdə ikinci qolunu vurub.

Bu oyundan sonra "Mançester Siti" 10 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Bernli” 4 xalla 17-ci yerdədir.

İdman.biz