Panama DÇ-2026-nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:24
81
Panama DÇ-2026-nı qolsuz başa vuran yeganə komanda olub

L qrupunda İngiltərə - Panama oyunu bitib.

İdman.Biz bildirir ki, matç ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Panama qrupdakı hər üç oyunda məğlub olaraq 0 xalla qrup sonuncusu olub. Daha öncə onlar Qana və Xorvatiyaya eyni hesabla (0:1) uduzmuşdular.

Komanda turnirdə bir qol belə vura bilməyib. Bu göstəriciyə görə Panama DÇ-2026-da yeganə komandadır.

İdman.Biz